Mercedes CLA özünü doğrultmadı - VİDEO

11 İyun 2014 21:37
Mercedes-Benz şirkəti öz kompakt CLA sedanını təqdim edərkən onun əla aerodinamikliyə sahib olduğunu bildirmişdi. Avtomobilə havanın qarşıdan göstərdiyi müqavimət əmsalının rəsmi olaraq bildirildiyi kimi 0,23 olması bu maşını bütün seriya avtomobillər arasında ən aerodinamik etməli idi. Lakin müstəqil sınaqlar bu göstəriciləri təkzib edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Car&Driver məlumat verir ki, sınaqdan çıxarılan bütün maşınlar arasında ən yaxşı göstərici Tesla Model S (0,24) modelinə məxsusdur. Onu ikinci yerdə Toyota Prius (0.26) və Chevrolet Volt (0,28) modelləri izləyir. Mercedes CLA bu göstəriciyə görə (0,30) yalnız dördüncüdür.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.