Bakıda nəhəng tut ağacı - VİDEO

11 İyun 2014 11:50

Belə böyük tut ağacı Azərbaycanda təkdir

Paytaxtda nəhəngliyi ilə diqqəti çəkən tut ağacı var.

ANS TV-nin məlumatına görə, bu tut ağacının nə az, nə çox - 54 yaşı var. Müsahibim Faiq Kərimov hələ uşaq ikən atası əkib bu ağacı. Elə həmin vaxtdan etibarən xüsusi diqqət göstərilib. Müsahibim deyir ki, ağacın barı yoxdur. Ancaq xüsusi sərinliyi var.

Həqiqətən də ağacdan xüsusi sərinliyin insanı məst etdiyinin şahidi olduq. Faiq Kərimov, ölkəni qarış-qarış gəzdiyini, ancaq bu cür enə malik tut ağacı heç bir yanda görmədiyini deyir. Ən qalın kötüyə malik tut ağacı maksimum bu ağacın bir qolu yoğunluqda olar. Faiq Kərimov ümumiyyətlə bağdakı bütün bitkilərə xüsusi diqqətlə qulluq edir. Ancaq dediyinə görə, bu ağaca xüsusi məhəbbəti var. Hər il ağacın qol budağını xüsusi dərman vasitələrilə yuyan müsahibim uzanmış və qurumuş hissələrinə vaxtaşırı budayaraq inkişaf etməsi üçün əlindən gələni edir.

"Hündürlüyü 7 metr olan çinar ağacı görmüşəm. Zaqatalada qoz ağacı görmüşəm. Amma tut ağacı görməmişəm, bu yeganə ağacdır. Özü də bu ağac yaxşı sərinlik verir".

Faiq Kərimov ağacın bu qədər enli olasının səbəblərilə bağlı öz versiyasınıda dedi. Onun fikrinə görə, ağacın yaxınlığındakı su quyusu elə bu sirrin cavabıdır. Çünki su o qədər şirindir ki, dadına doyum olmur. Elə özümüz də sudan içib adına layiq olduğunun şahidi olduq. Faiq Kərimov deyir ki, çox güman, suyun təsirindən tut ağacı bu qədər inkişaf edib.

Hər halda meyvə verməsə də, özünəməxsusluğu və saldığı kölgəsilə diqqət çəkməyi bacaran ağac bu cür qulluq sayəsində hələ uzun illər Kərimovlar ailəsinin bağında yaşayacaq. Kölgəsində sərinlənənlər və onu əkib-becərənlər üçün dua edəcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.