"H" qrupu: hamı iddialıdır, aşkar favorit yoxdur...
11 İyun 2014 12:02
Belçika, Əlcəzair, Rusiya və Cənubi Koreya milli komandalarının mübarizə aparacaqları qrupda hansı komandaların pley-offa çıxacağını söyləmək çətindir
Sabah Braziliyada futbol üzrə XX dünya çempionatı start götürür. Bu gün oxuculara mundialdakı sonuncu "H" qrupundakı komandalar haqda məlumat verəcəyik. "H" qrupunda Belçika, Əlcəzair, Rusiya və Cənubi Koreya milli komandaları mübarizə aparacaqlar. Bu qrupda aşkar favorit yoxdur. Futbol mütəxəssisləri isə daha çox Belçikanın adını çəkirlər. Qrupdakı hər bir komanda növbəti mərhələyə çıxmaq şansını saxlayır.
Belçika pley-offdakı rəqibini düşünür
Belçika millisi də uzun fasilədən sonra dünya çempionatında iştirak hüququ qazanıb. Bu Belçikanın 11-ci mundialıdır. Qatıldıqları ilk 4 çempionatda (1930, 1934, 1938, 1954 və 1970) Belçika millisi heç bir uğura imza ata bilməyib. İlk qələbələrinin 1982-ci il İspaniyada keçirilən mundialda Salvador komandası üzərində qazanıblar. Komanda çempionat ərəfəsi optimist əhval-ruhiyyədədir. Belçikalılar hesab edirlər ki, bu qrupdan pley-off mərhələsinə onlar çıxacaqlar. Amma bundan sonra onların potensial rəqibi ya Almaniya, ya da Portuqaliya millisi ola bilər.
Komandanın baş məşqçisi Mark Vilmots Braziliyada bu heyətlə çıxış edəcək:
Qapıçılar: Tibo Kurtua ("Atletiko" Madrid), Simon Minolye ("Liverpul"), Kasteels ("Hoffenhaym") və ya Semmi Bossut ("Zulte-Vareqem")
Müdafiəçilər: Tobi Alderveyreld ("Atletiko"), Vensan Kompani ("Mançester Siti"), Loran Siman ("Standard"), Vanden Borre ("Anderlext"), Vermalen ("Arsenal"), Yan Vertonqen ("Tottenhem"), Nikolas Lomberts ("Zenit"), van Buyten ("Bavariya")
Yarımmüdafiəçilər: Aksel Vitsel ("Zenit"), Stiven Defur ("Portu"), Maruen Fellayni ("Mançester Yunauyed"), Dembele, Şadli (hər ikisi "Tottenhem"), Kevin de Bruyne ("Volfsburq")
Hücumçular: Lukaku ("Everton"), Oriqi ("Lill"), Dris Mertens ("Napoli"), Kevin Miralyas ("Everton"), Eden Hazard ("Çelsi"), Adnan Yanuzay ("Mançester Yunayted")
Fransızsayağı Əlcəzair
Uzun illər Fransanın koloniyası olan Əlcəzair milli komandası fransızsayağı futbol oynayır. Əlcəzair artıq dördüncü dəfədir mundialda oynamaq imkanı qazanıb. Bundan əvvəl komanda 1982, 1986 və 2010-cu illər çempionatlarında gücünü sınayıb. Stajlı futbol həvəskarları Əlcəzair millisini 1982-ci il dünya çempionatından yaxşı xatırlayırlar. İspaniyaya güclü heyətlə gələn afrikalılar hətta həmin il finaladək irəliləyən Almaniya millisinə (2:1) belə qalib gələ bildilər. Amma qrupda Çili yığması ilə görüşdə məğlubiyyət (3:2) Əlcəzair millisini növbəti mərhələyə çıxmağa imkan vermədi.
2011-ci ildən komandaya bosniyalı Vahid Xalilodjiç rəhbərlik edir. Komanda Braziliyada bu heyətlə oynayacaq:
Qapıçılar: Muhamed Lamine Zemmamouçe (USM), Rais Mbolhi (CSKA, Sofiya), Sedrik Si Mohamed ("Konstantin")
Müdafiəçilər: Karl Medjani ("Valensien"), Aissa Mandi ("Reims"), Macid Bouqherra ("Lekviya"), Faouzi Qhoulam ("Napoli"), Rafik Halliçe ("Akademika"), Essaid Belkalem ("Vatford"), Liassine Kadamuro ("Malyorka"), Djamel Mesbah ("Livorno"), Mehdi Mostefa ("Ayaçço")
Yarımmüdafiəçilər: Sofiane Feqhouli ("Valensiya"), Saphir Tayder ("İnter"), Medhi Lasen ("Xetafe"), Abdelmoumen Djabou ("Afrikain"), Yaçine Brahimi ("Qranada"), Nabil Bentaleb ("Tottenhem"), Hassan Yebda ("Udineze"), Riyad Mahrez ("Leyçester")
Hücumçular: İslam Slimani ("Sportinq", Lissabon), Hilal Soudani ("Dinamo", Zaqreb), Nabil Gilas ("Portu")
Kağız üzərindəki Rusiya
Rusiya yığması ilk dəfə 1994-cü ildə mundiala vəsiqə qazanıb və mübarizəni qrup mərhələsində dayandırmalı olub. 1998-ci il dünya birinciliyindən kənarda qalan ruslar 2002-ci ildə yenidən mundiala qatılmaq imkanı qazanıblar. Lakin bu dəfə də qrupdan çıxa bilməyiblər. 2006 və 2010-cu illərdə təşkil olunan dünya çempionatlarına Rusiya yenə də qatıla bilməyib.
İngiltərə millisindən Avro-2012 ərəfəsi istefa verən italiyalı Fabio Kapellonun Rusiya millisinə baş məşqçi təyin edilməsi komandanın işinə yaradı. 8 illik fasilədən sonra ruslar yenidən mundiala vəsiqə qazana bildilər.
Fabio Kapello rəhbərlik etdiyi komandanın dünya çempionatındakı şansını dəyərləndirib. O deyib ki, hansısa proqnoz vermək çətindir: "Təbii ki, mənim yarışla bağlı arzum var. Amma bu haqda danışmayacam. Bir dəfə jurnalistlər mənə kimin dünya çempionu olacağı haqda sual vermişdilər. O zaman da demişdim, indi də təkrar edirəm, hətta Rusiyanın da çempion olmaq şansı var. Amma bu, yalnız kağız üzərindədir".
Rusiya millisi Braziliyaya apardığı heyət artıq seçilməyi bacarıb. Belə ki, heyətdəki bütün futbolçular öz ölkəsinin klublarında oynayırlar. Fabio Kapellonun müəyyənləşdirdiyi yekun heyətdə 23 oyunçu Rusiya klublarının şərəfini qoruyur.
Rusiya millisinin yekun heyətinə baxaq:
Qapıçılar: İqor Akinfeyev (ÇSKA), Yuri Lodıqin ("Zenit"), Sergey Rıjikov ("Rubin");
Müdafiəçilər: Vasili Berezutski, Sergey İqnaşeviç, Georqi Şennikov (hamısı - ÇSKA), Vladimir Qranat, Aleksey Kozlov (hər ikisi - "Dinamo"), Andrey Yeşenko ("Anji"), Dmitri Kombarov ("Spartak"), Andrey Semyonov ("Terek");
Yarımmüdafiəçilər: Aleksey İonov, Yuri Jirkov, İqor Denisov (hamısı - "Dinamo"), Alan Dzaqoyev (ÇSKA), Roman Şirokov ("Krasnodar"), Denis Qluşakov ("Spartak"), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi - "Zenit"), Aleksandr Samedov ("Lokomotiv");
Hücumçular: Aleksandr Kokorin ("Dinamo"), Maksim Kanunnikov ("Amkar"), Aleksandr Kerjakov ("Zenit").
Rusiya millisi iyunun 12-si başlayacaq dünya çempionatına ciddi itki ilə yollanıb. Komandanın kapitanı Roman Şirokovun adı 23 nəfərlik siyahıdan çıxarılıb. Rusiya Premyer Liqasında "Kuban"la matçda zədələnən "Krasnodar"ın yarımmüdafiəçinin zədəsi müalicə olunsa da, sağalmayıb. Bu səbəbdən o, dünya çempionatında iştirak edə bilməyəcək. Kapello komandanın kapitanın əvəzinə heyətə Pavel Moqilevetsin daxil edildiyini deyib.
Cənubi Koreya da iddialı gəlib
Cənubi Koreya Braziliyadakı dünya çempionatı ilə doqquzuncu dəfədir ki, mundialda iştirak edir. Komanda ilk dəfə 1954-cü ildə dünya çempionatına qatılıb. Növbəti dəfə 1986-cı ildə mundialda iştirak etmək hüququ qazanan cənubi koreyalılar nə Meksika, nə sonrakı İtaliya, ABŞ və Fransada baş tutan mundiallarda da yalnız topu qapılarından çıxarmaqla məşğul olublar. Mundiala qatıldıqları ilk çempionatdan yalnız 48 il sonra Cənubi Koreya ilk dəfə qələbəni bayram edib. Komanda 2002-ci il mundialında qələbəyə sevinib. Yaponiya ilə birgə ev sahibliyi etdiyi dünya çempionatında Cənubi Koreya yarımfinala kimi irəlilədi. Bununla da koreyalılar dünya çempionatında yarımfinala kimi irəliləyən ilk və hələlik yeganə Asiya ölkəsi kimi tarixə düşdülər. Yeri gəlmişkən, Cənubi Koreya iki dəfə Asiya Kubokunu da qazanıb. Bu günə kimi cənubi koreyalılar dünya çempionatında 20 oyuna çıxıblar. Bu oyunlarda cəmi 4 qələbə qazanan Koreya yığması 7 dəfə heç-heçə oynayıb, 13 dəfə isə məğlub olublar.
Komanda Braziliyada bu heyətlə çıxış edəcək:
Qapıçılar: Junq Sunq-Ryonq ("Suvon Bluevinqs"), Kim Seunq-qyu ("Ulsan"), Li Bum-Younq ("Busan İPark")
Müdafiəçilər: Kim Jin-So ("Albireks Niiqata"), Yun Suk-Younq ("Kvins Park Reyncers"), Kim Younq-Qvon ("Quanqzou Everqrand"), Hvang Seok-Ho ("Sanfrecce Hiroşima"), Honq Jeong-Ho ("Ausburq"), Kvak Tae-Hvi ("Əl-Hilal"), Li Yonq ("Ulsan"), Kim Çanq-Soo ("Kaşiva Reysol")
Yarımmüdafiəçilər: Ki Sunq-Yuenq ("Sanderlend"), Ha Dae-Sunq ("Beijinq Quoan"), Han Kuk-Younq ("Kaşiva Reysol"), Park Yonq-Vo ("Quanqzou R&F"), Son Heunq-Min ("Bayer", Leverkuzen), Kim Bo-Kyunq ("Kardiff Siti"), Li Çunq-Yonq ("Bolton"), Ji Donq-Von ("Ausburq")
Hücumçular: Ko Ja-Çeol ("Maynz"), Li Keun-Ho ("Sanqyu Sanqmu"), Park Çu-Younq ("Uatford"), Kim Şin-Vuk ("Ulsan")
Cənubi Koreya millisi dünya çempionatındakı ilk oyununu iyunun 17-də Rusiya millisinə qarşı keçirəcək.
Beləliklə, "Yeni Müsavat" mundialın qrupları ilə tanışlığı başa çatdırdı. Sabah bütün dünyanın gözü Braziliyada olacaq.
XX dünya çempionatı başlayır...Hamıya bol şanslar.
"Yeni Müsavat"