Dünyanın ən varlı menecerinin ailəsi dağılır - FOTO

11 İyun 2014 11:59

Dünyanın ən varlı meneceri, 20 milyard dollarlıq "Appaloosa Management" hec-fondunun banisi və sahibi, 10 milyard dollarlıq sərvət sahibi Devid Tepper boşanmaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.
 

56 yaşlı Devid Tepper və onun xanımı, 55 yaşlı Marlenin ayrılmağa qərar vermələri təsdiqlənib. 28 illik nikahdan sonra boşanmanın səbəbi hələlik açıqlanmayıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məşhur milyarder və filantrop hazırda aravadı ilə üç övladından ayrı yaşayır.
 

Ailəyə yaxın mənbələrin PageSix-ə verdikləri məlumata görə, "Forbes" jurnalının "Dünyanın ən varlı adamları" reytinqində 129-cu yeri tutan Devid Tepper Nyu-Cersi ştatının Livinqston şəhərində olan 43,5 milyon dollarlıq malikanəsini arvadı Marlen ilə övladları Brayan, RendiKeysiyə verib.
 

8 il "Goldman Sachs"da çalışmış Tepper 1992-ci ildə "Appaloosa Management" hec-fondunu yaratmışdı.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.