Dünya çempionatına qatılacaq 32 komanda arasında ən ucuz heyət Hondurasa məxsusdur
Futbol üzrə dünya çempionatının başlamasına iki gün qalıb.
Milli.Az anspress-ə istinadən DÇ-2014-lə bağlı maraqlı xəbərləri davam etdirir.
DÇ-2014-ün ən bahalı komandası İspaniyadır. "Transfermarkt"ın hesablamalarına görə, dünya çempionu və builki yarışın əsas favoritinin dəyəri 622 milyon avrodur. İspaniyanı 562 milyon avro ilə Almaniya izləyir. İlk "üçlüy"ü Braziliya millisi qapayır - 467 milyon avro.
Fransanın 411 milyon avro ilə 4-cü olduğu siyahıda dünyanın ən bahalı futbolçusu Lionel Messinin forma geyindiyi Argentina 5-ci olub - 391.5 milyon avro.
DÇ-2010-un finalçısı, həlledici matçda İspaniyaya yenilən Hollandiya ilk "onluğ"a düşə bilməyib. "Narıncılar" 207.5 milyon avro ilə 11-ci yeri tutub.
Dünya çempionatına qatılacaq 32 komanda arasında ən ucuz heyətə Honduras sahibdir. Bu komandanın heyətinə, ümumilikdə 21 milyon avro qiymət qoyulub.
DÇ-2014-ə qatılacaq şimal qonşumuz Rusiyanın 183.5 milyon avro qiyməti var. Ruslar siyahının 14-cü pilləsini tutur. Cənub qonşumuz İranın heyətinə isə 24.1 milyon avro qiymət qoyulub. İranlılar bu siyahıda yalnız Avstraliya və Hondurası qabaqlaya bilib.
1. İspaniya - 622 milyon avro 2. Almaniya - 562 milyon avro 3. Braziliya - 467 milyon avro 4. Fransa - 411 milyon avro 5. Argentina - 391.5 milyon avro 6. Belçika - 348 milyon avro 7. İngiltərə - 334 milyon avro 8. İtaliya - 323 milyon avro 9. Portuqaliya - 297 milyon avro 10. Uruqvay - 217.6 milyon avro 11. Hollandiya - 207.5 milyon avro 12. Xorvatiya - 193 milyon avro 13. Kolumbiya - 190 milyon avro 14. Rusiya - 183.5 milyon avro 15. İsveçrə - 178 milyon avro 16. Çili - 139.3 milyon avro 17. Kot`D-İvuar - 121.7 milyon avro 18. Kamerun - 118.5 milyon avro 19. Bosniya və Hersoqovina - 115 milyon avro 20. Yaponiya - 98 milyon avro 21. Meksika - 96.5 milyon avro 22. Qana - 96.3 milyon avro 23. Nigeriya - 87 milyon avro 24. Yunanıstan - 79.9 milyon avro 25. Ekvador - 62.8 milyon avro 26. ABŞ - 57.8 milyon avro 27. Əlcəzair - 57.2 milyon avro 28. Cənubi Koreya - 51.9 milyon avro 29. Kosta Rika - 29.6 milyon avro 30. İran - 24.1 milyon avro 31. Avstraliya - 21.3 milyon avro 32. Honduras - 21 milyon avro Milli.Az