Türkiyə müxalifəti Baş Qərargah rəisinin istefasını tələb edir
10 İyun 2014 16:29
Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Diyarbəkir vilayətində etiraz aksiyaları zamanı hərbi hissələrdən birində etirazçılardan birinin Türkiyə bayrağını endirməsindən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefasını tələb edib.
Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
D.Bağçalı bildirib ki, Türkiyə bayrağı bu millətin şərəfidir, ona uzanan əl geri çevrilməlidir.
Qeyd edək ki, dünən Türkiyənin Diyarbəkir vilayətində etiraz aksiyaları zamanı hərbi hissələrdən birində etirazçılardan biri Türkiyə bayrağını endirib.
Milli.Az