İranın şimalında yeni zavodlar inşa ediləcək

25 Noyabr 2010 09:38
İslam ölkəsinin sənaye naziri Əli Əkbər Mehrabiyan bildirib ki, Gilyan əyalətində avtomobil zavodu, qan plazmasının təmizlənməsi və istehsalı, eləcə də etanol istehsalı zavodu inşa ediləcək. İran kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, nazir hökumətin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, 2005-ci ildən bu vaxta qədər Gilyan əyalətinə qoyulan sərmayənin həcmi 10 dəfə artıb. Bu müddət ərzində əyalətin sənaye istehsalında yüksək artım qeydə alınıb.

Əli Əkbər Mehrabiyan həmçinin bildirib ki, böhran zamanı ziyan çəkən müəssisələrə maddi yardım olaraq 450 milyard rial və ya 45 milyon dollar ayrılacaq.

/ANS PRESS/