Sony liderə dönür

10 İyun 2014 19:04
Son 8 ildə Sony şirkəti ilk dəfə oyun konsollarının satış həcminə görə iki əsas rəqibini geridə qoyaraq oyun konsolları müharibəsində qalib gəlməyə başlayıb. Bütün bu vaxt ərzində Yaponiyanın Nintendo korporasiyası lider olub. PlayStation 4 oyun konsolunun çıxarılmasından sonra yapon korporasiyası geriləyib.

Milli.Az ICTNews-a istinadən bildirir ki, Sony şirkəti maliyyə ilində 18,7 milyon konsol satıb. Bu göstəricinin 7 milyonu PS4 oyun konsolunun payına düşür. Nintendo şirkətində bu göstərici 16,3 milyon təşkil edir. Microsoft şirkəti 11,6 milyon Xbox oyun konsolu göstəricisi ilə ilk üçlükdə qərarlaşıb.

Milli.Az