O da Facebook-u seçdi

10 İyun 2014 19:39
eBay Inc. şirkətinə məxsus PayPal ödəniş sisteminin prezidenti Devid Markus şirkəti tərk edərək Facebookda işə başlayacaq.

PayPal direktorunun vəzifəsini müvəqqəti olaraq eBay şirkətinin baş direktoru Con Donahyu icra edəcək.

Milli.Az ICTNews-a istinadən bildirir ki, Markus iyunun 27-dən Facebook korporasiyasında mesajlaşma biznesinə rəhbərlik edəcək.

2013-cü il üzrə maliyyə göstəricilərinə əsasən, PayPal vasitəsilə ödənişlərin həcmi 180 milyard təşkil edib və istifadəçilərin sayı 150 milyona çatıb.

eBay şirkəti istənilən məhsulun satışı üçün ən böyük internet-hərracdır. 2002-ci ildən PayPal ödəmə sisteminə malikdir.

Milli.Az