Polis avtomobili qatara çırpdı: 1 ölü, 1 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

10 İyun 2014 20:44
13:10

Yevlaxda avtomobil qatara çırpılıb.

Milli.Az EL TV-yə istinadən bildirir ki, hadisə 1990-cı il təvəllüdlü Ruslan Abbasqulu oğlu Quliyev idarə etdiyi "Chevrolet Niva" markalı avtomobillə yüksək sürətlə dəmir yolu xəttini keçmək istəyərkən baş verib. Qəza zamanı sərnişin, Yevlaxın Nemətabad kənd sakini, 1981-ci il təvəllüdlü Elməddin Əhmədov hadisə yerində keçinib. Sürücü Ruslan Quliyev yaralanıb. O, açıq kəllə-beyin travması ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. Ruslan Quliyev Yevlax Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Milli.Az

---------
20:44

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.