Mətbəx sirləri: Göbələk salatı

9 İyun 2014 07:00
Milli.Az "Sofra" dərgisinə istinadən göbələk salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

250 q göbələk
0,5 limon
1-2 ədəd bişmiş yerkökü
2 ədəd qırmızı bibər (bişmiş)
3 x.q. qarğıdalı konservi
4-5 ədəd marinə edilmiş xırda xiyar
15-20 ədəd yaşıl zeytun turşusu
2 dilim salyami
1/4 armudu stəkan zeytun yağı
1 x.q. limon şirəsi
duz
istiot
şüyüd

Göbələyi təmizləyin, yarım limon əlavə edərək suda qaynadın. Sonra çıxarıb dilimləyin.

Bişmiş yerköküləri və bişmiş qırmızı bolqar bibərlərini, həmçinin salyamiləri jülyen (saman kimi) doğrayın.

Turşu xiyarları doğrayın. Qarğıdalını, zeytunu əlavə edib hamısını qarışdırın.

Bir qabda zeytun yağı, limon şirəsi, duz və qara istiotu qarışdırın. Salatın üzərinə gəzdirin, əlinizlə yüngülcə sıxa-sıxa qarışdırın.

Üzərinə şüyüd doğrayıb səpin.

Nuş olsun!

Milli.Az

Salyami: