Futbolçular doluya düşdü, oyun yarıda qaldı

8 İyun 2014 12:46

Dünya Kubokuna hazırlaşan Belçika komandası Brüsseldə Tunisi qonaq edib

Dünya kubokuna hazırlaşan Belçika komandası Brüsseldə Tunisi qonaq edib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, qarşılaşma dolu yağması səbəbindən 23-cü dəqiqədə dayandırılıb. Matçın hakimi Viktor Kassayi Brüsseldə dolunun gücünün artırmasından sonra oyunu dayandırmaq məcburiyyətində qalıb. Dolu dənələrinin qolf topu böyüklüyündə olması oyunçuların sağlamlığını təhlükəyə atdığı üçün 45 dəqiqəlik fasilə yaranıb.

Dolunun dayanmasından sonra isə qarşılaşma qaldığı yerdən davam edib. Belçika 1:0 hesabı ilə oyundan qələbə ilə ayrılıb.

Qeyd edək ki, Belçika dünya kubokunun final mərhələsinə hazırlaşır. Komanda çempionatda ilk matçını Əlcəzairə qarşı 17 iyunda oynayacaq.

Milli.Az