Rafiq Hüseynov sevindirdi

7 İyun 2014 16:25
"Özümü yaxşı hiss edirəm"
"Müalicəm davam edir. Son dəfə kimya terapiyanı Türkiyədə almışam. Hazırda özümü yaxşı hiss edirəm".
 
Səhhəti ilə bağlı APA TV-yə məlumat verən məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib ki, səhhətində ümumi zəiflik var. Bu isə uzun sürən müalicənin nəticəsidir: "Baxdılar, müayinə elədilər, "hər şey qaydasındadır" dedilər. Cəmi 4 kimya-terapiya almışam. Təşəkkür edirəm, tez-tez məni yada salırsınız".
 
Rafiq Hüseynov deyir ki, müalicəsini davam etdirmək üçün 3 aydan sonra yenidən Türkiyəyə getməsi gözlənilir.
 
Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

Milli.Az