Chevrolet alanlar üçün şok!
7 İyun 2014 12:22
Amerikanın General Motors korporasiyası Şimali Amerika bazarında satılmış 100 mindən çox avtomobilini geri çağırır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 2012-ci ildə istehsal olunmuş 36 min ədəd Buick Verano, Chevrolet Cruze, Chevrolet Sonic, Chevrolet Camaro modellərinin təhlükəsizlik yastıqlarında problemlər var.
2014-cü il istehsalı olan 70 min ədəd Chevrolet Tahoe, Chevrolet Suburban, GMC Yukon krossoverləri və Chevrolet Silverado, GMC Sierra pikaplarının isə təhlükəsizlik kəmərlərində problem olduğu üçün geri çağırılır.
General Motors-un 15 top meneceri həmin defektlərə görə işdən azad edilib.
Milli.Az