Milli.Az ICTnews-a istinadən bildirir ki, SmartBand smart qolbağı CES 2014 sərgisində nümayiş etdirilib. Cihaz real vaxt rejimində insan həyatının qeydə alınması üçün nəzərdə tutulub. Aksesuar sizin olduğunuz yerləri, hansı vaxtda şəkil çəkdiyinizi, musiqi dinlədiyinizi, kitab oxuduğunuzu qeydə alır. Bundan sonra bu informasiya Android-smartfonda Lifelog tətbiqi ilə emal olunur.
SmartBand qolbağı smartfona NFC və ya Bluetooth ilə qoşula bilər. Həmçinin Sony Entertainment Network hesabı lazımdır. Cihazın sahibi smartfonundan 10 metr məsafədə uzaq olsa, smart-qolbaq vibrasiya ilə bu haqda xəbər verəcək. Bundan başqa, qurğu insanı yuxudan oyada, ona zəng, SMS, layk və tvitlərdən xəbər verə biləcək. SmartBand qolbağı su və toza qarşı davamlıdır.
Milli.Az