Natavan Həbibini mən məşhurlaşdırdım

6 İyun 2014 15:24
Prodüser Anar Mədətov "Space"də yayımlanan "Sizin saat" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər veri ki, aparıcı Kamran Həsənlinin "Hansı müğənniləri siz məşhurlaşdırmısınız" sualına prodüser belə cavab verib:
 
"Məşhurlaşdırdım deməyim, kiminləsə uğurlu işbirliyimiz oldu. Elton Hüseynəliyev, Samir Piriyev tanınmış ifaçılar idi. İşbirliyimiz ərəfəsində daha da sevildilər, tanındılar. Natavan Həbibi ilə uğurlu layihəmiz oldu.

Vaqif Gərayzadə deyirdi ki, Natavanı mən kəşf etdim, amma Anar Mədətov məşhurlaşdırdı. Birlikdə işlədiyimiz layihədən sonra Natavan səs saldı. Onu mən həmin layihə ilə  məşhurlaşdırdım".

Milli.Az