Mübarək Üçaylığın artıq birincisini geridə qoyduq. Bir neçə gündür ki, bu mübarək səfərin ikinci dayanacağına - Şəban ayına çatmışıq. Allahdan istəyimiz budur ki, bizlərə Rəcəb ayından tövbələri qəbul olunmuş halda çıxmağı nəsib etsin. Şəban ayında olan bol fürsətlərdən, nemətlərdən bəhrələnə bilək. Bu, həm də diqqət olunmalı məsələdir ki, mübarək İlahi ziyafət ayına - Ramazan ayına bir ay qaldı. Bir aydan sonra biz Allahın qonaqlığına daxil oluruq. Allahın qonaqlığına hazırlıqsız daxil olmaq çətin olar. İndi vaxtıdır ki, hazırlaşaq, bəzi qaydaları öyrənək, xətalarımıza, günahlarımıza diqqət edək. Allahla öz aramızda bir ünsiyyətimiz olsun, tövbələr, istiğfarlar edək. Əslində Ramazan ayı öncəsi yaxşı fürsətdir ki, indidən hazırlaşaq.Bismilləhir-Rahmənir-Rahim!