Milli.Az show.az-a istinadən xəbər verir ki, bir müddət öncə "Gün keçir" verilişi bağlanan, yeni layihə ilə geri dönəcəyini söyləyib Türkiyəyə gedən aparıcı Nanə Ağamalıyeva sosial şəbəkədə adını açıqlamadığı həmkarına söz atıb. "Mənim ayaqqabımı geyinə bilərsiz, amma mənim kimi yeriyə bilməzsiz" ismarıcını göndərən aparıcının statusunu olduğu kimi təqdim edirik:Nanə həmkarına söz atdı
"Ayaqqabımı verdim geyinmək istəyənlərə. Məktəbdə, ali məktəbdə sonra rəfiqələrimdən istəyən oldu nolar ki, ayaqqabıdır da verdim. Ancaq heç bir ayaqqabı üzün eyibini örtə bilməz. Əsas üzdü. Və qəlbinizin aynası gözlərinizdi. Bunu isə Allah verməlidir. İstəyirsən yüz estetik əməliyyat elə, kimin ayaqqabısını geyinirsən geyin, Allah verməyibsə, demək, verməyib. Eh gərək başdan anlayaydız. Başqasının ayaqqabısını axı özünü özü olaraq ifadə etmək istəyən adam heç vaxt geyinməz. Uğurlar hamınıza".
Milli.Az