Milli.Az auto.az-a istinadən bildirir ki, bu barədə "Detroit Free Press" nəşriyyatı "General Motors" konserninin vitse-prezidenti, istehsalatın qlobal inkişafı üzrə məsul şəxs Mark Reussa istinadən xəbər verir. Məlumat hələlik təsdiq edilməyib, lakin GM-in baş meneceri bildirib ki, konsern "bunu inkar etmir". Bundan əlavə, Reuss deyib ki, "Corvette"-in gələcək nəsli üzərində iş artıq başlayıb.
Əgər şirkət, həqiqətən də, hibrid və ya elektrik "Corvette" buraxmağa qərar versə, onda əvvəlki çoxhəcmli "atmosferli" mühərrik sıxışdırıla bilər. 2013-cü ildə debüt etmiş "Corvette"-in indiki nəsli 466 a.g. verən 6,2-litrlik V8 mühərriki ilə hərəkətə gətirilir ki, o, superkara ilk yüzlüyü 3,8 saniyəyə yığmağa kömək edir. Mühərrik ya 7-pilləli mexaniki, ya da 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Payızda 8-diapazonlu avtomat da peyda olacaq.
Milli.Az