Dəhşətlisi odur ki, bu hadisənin "qəhrəmanı" əsas işi elmə yiyələnmək olan tələbədir. O, daxilini zəngin etmək əvəzinə, zahiri görkəminə üstünlük verib, axırı faciə ilə bitib. Milli.Az xəbər verir ki, Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsi, 21 yaşlı Nadir Ələkbərzadənin başqasının geyimi ilə özünü yaraşıqlı göstərmək istəyi dostunun ölümü hesabına başa gəlib. O, geyim üstündə dostunu qətlə yetirib və hadisə yerindən qaçıb.İnsan geyimi ilə qarşılanıb ağlı ilə yola salınır. Amma Bakıda 22 yaşlı gənc gözəl geyiminə görə əbədi dünyaya yola salınıb.