Təbii ki, hərə öz imkanına görə. Özünü belə dağa-daşa salanlar isə heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Sadəcə, bir məsələ var, o da son illər bu sahədə qaydaların sərtləşdirilməsi. Birotaqlı ev sahəsi üçün vətəndaş zəncirvari şəkildə ərazidəki müvafiq dövlət orqanlarına ( polis sahə müvəkkili, İcra Hakimiyyəti), həmçinin bələdiyyələrə "görüm-baxım" edir...Həyat təcrübəsi göstərir ki, insan ömrünün sonuna qədər tikir, qurur, yaradır
Icra olunan hərəkətin adı | Hərəkəti icra edən idarənin adı | Tələb olunan vəsait (AZN) | Müddət | Qanunvericilik |
Torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi | ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti | 30 | 20 gün ərzində | "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunu, Maddə 9.2 |
Evin layihəsinin çəkdirilməsi | Layihəçəkmə sahəsində fəaliyyət göstərən təşkilat və ya fərdi memar | Təxminən | Sifarişçinin istəyi əsasında | "Memarlıq fəaliyyəti haqqında", "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikasının qanunları |
Tikintiyə icazə sənədinin verilməsi | İH Memarlıq və Şəhərsalma İdarəsi | _______ | Konkret deyil | "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları" |
Texniki şərtlərin alınması | Rayon İH memarlıq şöbəsinin iştirakı ilə "Bakıelektrikşəbəkə", qaz istismar, su-kanalizasiya idarəsi | 30-40 | 5-7 | Nazirlər Kabinetinin texniki şərtlərin verilməsi ilə bağlı müvafiq qərarları |
İstismar haqqının alınması | Rayon icra hakimiyyəti orqanı | Vəsait ödənilmir | Konkret deyil | "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları" |
Evə ünvan alınması | ƏMDK yanında Daşınmaz Əmlakın Vahid Kadastrı Mərkəzi | 30 | 3 gün | "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları" |
Yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı və çıxarışın verilməsi | ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti | 30 | 20 | Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunu |