Çeçen killer yenə "ov"dadır

5 İyun 2014 10:33

Türkiyənin İstanbul şəhərinin Zeytunburnu səmtində 2011-ci ildə 3 çeçen qaçqını güllələmiş muzdlu qatil yenidən "iş başın"ndadır.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, 2011-ci ilin sentyabrın 16-da sabiq mücahid komandirləri Berxan Musayev, Zaurbek AmeriyevRüstəm Altemirov güllələnmişdilər. Aparılmış istintaq onların Rusiyadan İstanbula göndərilmiş Aleksandr Jarkov Nadim Ayupov tərəfindən qətlə yetirildiyini təsbit etmişdi.
 

Ötən ay isə İnsan Haqları və Azadlıqları Cəmiyyətinin əməkdaşı, çeçen K.L. isə ötən ay İstanbul Cumhuriyyət Prokurorluğuna müraciət edərək sui-qəsd siyahısında olduğunu, təhdidlər aldığını bildirmişdi.
 

K.L.-nın sözlərinə görə, Rusiyadan göndərilmiş killer Nadim Ayupov onu öldürmək üçün İstanbulun Fatih səmtindəki məscidə də gedibmiş.

Məscidin yerləşdiyi küçədəki videomüşahidə kameraları da Nadim Ayupovun oraya bir neçə dəfə yollandığını sübut edib.
 

İstanbul polisi indi bu killeri arayır.
 

Milli.Az