Maybach bərpa olundu - FOTO

10 Aprel 2015 23:20
2011-ci ildə Xenatec şirkəti Daimler konsernindən aldığı xüsusi icazə ilə hər birinin qiyməti 811 000 avro olmaqla Xenatec adı altında ildə 200 nüsxə Maybach 57 S Coupe buraxmaq niyyəində idi. Lakin alman şirkətinin iflasa uğraması o zaman bu planı həyata keçirməyə imkan vermədi və Xenatec zərif ikiqapılı Maybach buraxmaq niyyətindən əl çəkməli oldu. Lakin Avstriya şirkəti DC Dream Cars bu layihəni bərpa etmək niyyətindədir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avstriyalılar texniki cəhətdən 6,0 litrlik orijinal V12 mühərrikini əsas götürüb onu sifarişçinin tələbərinə uyğun işləyəcəklər. Maralı burasıdır ki, 630 a.g. və 999 Nm fırlanma anı hasil edən mühərrikdə nəyi isə dəyişməyə nə ehtiyac var?

Cavab ya şöhrətpərəstlik, ya da zənginliyin həddi aşması ola bilər. Müştəri səbrli olmalı və sifarişinin hazır olmasını 3 ay gözləməlidir. Əgər o gözləmək istəmirsə o zaman hazırda satışda artıq iki avtomobil var. Tam yeni ağ rəngli avtomobil 1 milyon avroyadır. Cəmi 1000 km sürülmüş qara rəngli maşın isə artıq 590 000 avrodur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.