"Qəbələ"də Petev müəmması

4 İyun 2014 18:06
Bolqarıstanlı məşqçi İvaylo Petev bu gün rəsmən Plovdiv "Botev"i ilə müqavilə bağlaya bilər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu haqda PlovdivNews.bg portalı xəbər yayıb.
 
Hətta Petevin cümə günündən etibarən komandanın ilk məşqinə çıxaracağı deyilir. Bu məsələ ilə bağlı hazırda Fransanın paytaxtı Parisdə olan "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun fikrini öyrəndik. Nəcəfov bu xəbərə belə reaksiya verdi: "Düzdür, biz İvaylo Petevlə hələ rəsmi müqavilə bağlamamışıq. Ancaq onunla hərtərəfli şəkildə anlaşmışıq. Ona görə də Petevin başqa Bolqarıstan klubu ilə müqavilə bağlayacağı xəbəri həqiqəti əks etdirmir".

Milli.Az