NATO rəsmiləri Azərbaycana gələcəklər

4 İyun 2014 15:59

NATO-nun növbəti "Rouz Roud" seminarı Azərbaycanda keçiriləcək

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə qərar NATO Parlament Assambleyasının Litvanın paytaxtı Vilnüsdə keçirilən yaz sessiyasında qəbul olunub.

İyun ayının 15-18-i tarixlərində keçiriləcək seminarda NATO-nun yüksək rütbəli rəsmiləri iştirak edəcəklər.

Seminarda Cənubi Qafqazda münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Milli.Az