Vertu-dan Signature Touch smartfonu

4 İyun 2014 19:57
Vertu şirkəti Signature Touch bahalı smartfonunu nümayiş etdirib.

Aparat Qualcomm Snapdragon 800 platforması əsasında yaradılıb, 2 QB əməli yaddaş, 64 QB daxili yaddaş, dördnüvəli prosessorla təchiz edilib. LTE və ikidiapazonlu Wi-Fi standartları dəstəklənir.
 

Milli.Az ICTnews-a istinadən bildirir ki, Signature Touch Vertu şirkətinin 4,7 düymlük IPS Full-HD ekranla təchiz edilmiş smartfonudur.

Aparatın korpusu titandandır. Ön hissəsi sapfir şüşə ilə örtülüb. İkiqat işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik kamera Hasselblad şirkəti tərəfindən sertifikatlaşdırılıb.

Vertu Signature Touch aparatı cari ilin iyulunda 8300 avro məbləğində satışa çıxarılacaq.

Milli.Az