Qurğu Full HD (1280x720 ) formatlı 5,3 düym displey, 1,4 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon prosessor, çəkilişin HDR rejimində və seriyalı çəkiliş (iki saniyədə 31 kadradək) imkanı ilə 8 meqapikselli kamera ilə təchiz edilib. Xperia T3 Android əməliyyat sisteminin 4.4 (KitKat) versiyası ilə işləyir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, aparatın akkumulyatorunun tutumu 2500 milliamper saat təşkil edir. Şirkət nümayəndələrinin sözlərinə görə, enerji 63 saat ərzində fasiləsiz musiqini dinləməyə və ya təxminən 13 saat fasiləsiz danışmağa kifayət edir. Qurğunun ümumi qabariti 150,7x77x7 millimetr, çəkisi 148 qram təşkil edir.
Bundan başqa, ağ, qara və bənövşəyi rənglərdə bazara çıxarılacaq qurğunun 4G (LTE) şəbəkəsini dəstəkləməsi qeyd olunur. Satışa iyulda çıxarılacaq Xperia T3-ün qiyməti barədə Sony əlavə məlumat verəcək.
Milli.Az