"Oğluna toy edir, özü də gülməli formada. Ay bala, minlərlə insanın yaşadığı ərazidə belə şey etmək olar? Şadlıq sarayının da həyətində palatka qurarlar? Səhərə kimi bizi yatmağa qoymayıb. Belə biabırçılıq olmaz. Yoxsa 25 illik kredit altında inildəyən insanlara acıq verir?" - bu fikirlər Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsinin sakinlərinin "Sərham" MMC-nin (Bakıxanov Çörək Zavodu) baş direktoru Rasim Nəbiyevin hərəkətləri ilə bağlı Milli.Az-a ünvanladıqları şikayət məktubunda deyilir.Məşhur "Razin çörəyi" dünən onu yeyənlərin burnundan gəlib. Bakıda ötən gecə həmin çörəyi istehsal edən zavodun direktorunun yaratdığı vur-çatlasın minlərlə insanı yuxusuz qoyub.