Ukraynanın şərqində 42 hərbçi öldü

4 İyun 2014 10:09

Ukraynanın şərqində keçirilən antiterror əməliyyatı zamanı Silahlı Qüvvələrin 42 hərbçisi həlak olub

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən Mixail Koval NATO-dakı həmkarları ilə görüşü zamanı bildirib.

Koval keçirilən əməliyyatın kifayət qədər uğurlu olduğunu qeyd edib, lakin onun nə vaxtadək davam edəcəyini açıqlamayıb. O qeyd edib ki, Ukrayna ordusu dinc əhali arasında itkilərin olmamasına çalışır. Koval dinc əhali arasında ölənlərin sayı barədə onda dəqiq məlumatın olmadığını bildirib.

Milli.Az