Donuq rəngli Lamborghini Huracan - FOTO

10 Aprel 2015 18:33
Baxmayaraq ki, Lamborghini Huracan yolda ideal sportkar deyil, onun sürətini və gözəlliyini inkar etmək olmaz. Əgər ona bir qədər tüninq də əlavə edilərsə son şübhələr də öz-özünə çəkilib gedəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, GMG Racing öz vəzifəsinin öhdəsindən layiqincə gəlib və spesifik xaricetmə sistemi sayəsində bu gözəgörünməz təyyarə stilində olan Huracan 635 a.g. hasil edir. Bundan başqa o 22 kq çəkiyə də qənaət edib və bütün dövretmə diapazonlarında daha həssas olub.

Əlbəttə ki, 25 a.g bir o qədər də çox deyil, lakin məsələ burasındadır ki, tüninqin məqsədi tamamilə başqa idi. GMG mütəxəssisləri Huracan -ın zavod xaricetmə sistemindən narazı idilər və onlar maşını şəhər mühitində yarış trasıına uyğun səslə təmin etməyi qərara almışdılar. Tünerlərin tətbiq etdikləri sistem seçilmiş Strada, Sport və Corsa rejimlərinə uyğun olaraq dəyişir və avtomobil hər dəfə tamamilə fərqli səslənir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.