Dodge-dan yeni mask kar - FOTO

12 Aprel 2015 19:15
Dodge brendinin maskl-car arsenalı 2015-ci model ilinin 485 at güclü yeni Challenger modeli ilə zənginləşib. Challenger 392 HEMI Scat Pack Shaker xüsusi buraxılışı Dodge şirkətinin Nyu-York avtosalonundakı stendində mərkəzi yer tutur. Amerikalı avtoistehsalçı bu avtomobillə əsl maskl-kar sevənlərdə güclü emosiyalar doğura biləcəyinə ümid edir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, üçüncü nəsil Dodge Challenger-in buraxılışından 7 il ötür və o hələ də bazarda güclü oyunçu olaraq qalır. Əslində o hazırda əvvəllər hər hansı bir zamanda olduğundan daha güclüdür, çünki Dodge müntəzəm olaraq onu əlavə güc ilə təmin edir.

Challenger 392 Scat Pack Shaker kapot üzərində yer alan və əfsanəvi V8 HEMI mühərrikinə xidmət edən funksional hava çəpərinin 45 illik yubileyinə həsr edilib.

Baxmayaraq ki, Dodge hər iki "helkat"ı (Challenger və Charger) və Viper modellərini Nyu-Yorka gətirib, onlar Scat Pack Shaker fonunda ikinci dərəcəli rollarla kifayətlənməli olacaqlar. Avtomobil 485 at gücünə və 637 Nm fırlanma anına sahibdir. Baxmayaraq ki, o Hellcat deyil, amma əvvəlki kimi "vəhşi" olaraq qalır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.