Bakını toz dumanı bürüdü - FOTO

3 İyun 2014 16:16
Xətai rayonundakı Xocalı prospektində həyata keçirilən təmir işləri piyadaların baş ağrısına çevrilib. Milli.Az Day.Az saytına istinadən bildirir ki, yolun bu hissəsindən keçən avtomobillər böyük toz qaldırırlar. Piyadalar isə çirkli hava ilə nəfəs almağa məcburdurlar.

Toz "fırtınasının" qalxmaması üçün adətən təmir olunan hissəyə su səpirlər. Görünür, burada tikinti norlamarı icraçıları elə də maraqlandırmır.

Qeyd olunan məsələ ilə bağlı Day.Az-ın əməkdaşı "Azərolservis" ASC ilə əlaqə saxlamağa çalışıb. Qurumun mətbuat katibi Pünhan Mürsəliyev isə zənglərə cavab verməyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.