ABŞ səfiri riderlə and içdi

3 İyun 2014 19:57
The Washington Post nəşri yazır ki, Süzan Levayn iyunun 2-də andiçmə mərasimini ABŞ konstitusiyasının surəti köçürülmüş Kindle riderində keçirən ABŞ-ın birinci səfiri kimi tarixə düşüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, nəşr yazıb ki, bu, rəsmi şəxslərin andiçmə mərasimini elektron qurğuların köməyilə keçirdikləri ilk hadisə deyil.

Qeyd edək ki, ABŞ senatı Levaynı İsveçrə və Lixtenşteyndə səfir vəzifəsinə təyin edib.

Xatırladaq ki, Süzan Levayn 2009-2012-ci illərdə Microsoftda işləyib.

Milli.Az