HP yeni noutbukunu göstərdi

3 İyun 2014 22:13
Hewlett-Packard şirkəti iki noutbuk nümayiş etdirib: Samsung prosessoru ilə təchiz edilmiş 11,6 düymlük Chromebook PC xrombuku, həmçinin Android platforması ilə işləyən 14 düymlük Slatebook modeli.

Android-noutbuk smartfon içliyinə malikdir: NVIDIA Tegra 4 çipi, 2 QB əməli yaddaş və 16-64 QB tutumlu fləş-daşıyıcı ilə təchiz edilib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, elektron xəbər xidməti hitech.vesti.ru saytına istinadən bildirir ki, eyni zamanda Slatebook PC sırf noutbukdur. Aparat klaviatura, BeatsAudio dinamikləri, HDMI portu, USB 3.0 və iki ədəd USB 2.0 portları, mikrofonun qoşulması üçün çıxış, veb-kamera, Wi-Fi/Bluetooth, həmçinin microSD yaddaş kartları üçün riderlə təchiz olunub. 14 düymlük sensor ekranın təsvir ölçüsü Full HD-dir, korpusun qalınlığı 16 mm təşkil edir. Slatebook PC noutbukunun qalınlığı 1,7 kq-dır.

Aparat 9 avtonom iş vaxtına malikdir. Avqustun 6-dan etibarən aparat 399 dollar qiymətinə sifariş edilə bilər.

Milli.Az