Audi RS7 yeniləndi - FOTO

4 İyun 2014 21:23
Audi şirkəti yenilənmiş RS7 təqdim edib. Model restaylinqdən sonra yeni radiator barmaqlığı və işıq texnikası da daxil olmaqla dizaynı yenidən işlənmiş qabaq hissə əldə edib. Standart komplektasiyada beşqapılı heçbek işıqdiod əsas işıq faraları ilə təchiz edilir, opsiyada isə RS7 indi matriksli optika ilə təklif edilir. RS7 işıqdiod arxa fənərləri də yüngül dəyişikliyə məruz qalıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kiçik dəyişikliklər Audi RS7 interyerində də baş verib.

Ən iri "qaynar" Audi modelinin əvvəlki mühərriki saxlanılıb.

Tam ötürməli RS7 standart avadanlıqlar siyahısına yoldan ara məsafəsini 20 mm azalda bilən adaptiv pnevmatik asqı, həmçinin idman rejimli sabitləşdirmə sistemi daxildir. Əlavə ödənişlə arxa idman differensialı, idman asqısı və xaricetmə sistemi, 21 düymlük təkərlər və karbon-keramik əyləclər sifariş etmək olar.

Yenilənmiş RS7 heçbekin satışları Almaniyada payızda başlanacaq. Baza komplektasiyasında maşının qiyməti 113 min 300 avro olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.