Qurtuluş günü ilə əlaqədar iki gün dalbadal iş olmayacaq
15 iyun Qurtuluş günü ilə əlaqədar Azərbaycanda iki gün dalbadal qeyri-iş günü olacaq.
Milli.Az xəbər verir ki, bu barədə modern.az saytına Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, 15 iyun tarixi bazar gününə təsadüf etdiyindən ertəsi gün - 16 iyun tarixi də istirahət günü sayılacaq.
İyunun 26-sı isə Silahlı Qüvvələr Günü kimi qeyri-iş günüdür.