Ailə insanı bütün həyatı boyu müşayiət edən ictimai fenomendir. Ailə iki insanın birlikdə yaşaması deyil , eyni zamanda bu "kiçik dövlətin hər bir vətəndaşının" qarşılıqlı harmoniya şəraitində birgə həyatıdır. Bu səbəbdən ailə qurmaq istəyən gənclər "yüz ölçüb, bir biçməlidirlər". Evlilik hazırlığında olan cütlüklər gələcəkdə yaşayacaqları evin seçilməsi, əşyaların alınması, dəvətlər, toy mərasiminin keçiriləcəyi yer və s. haqqında düşünürlər. Lakin bütün bunlarla yanaşı, daha vacib sayılan bir nüans çox təəssüf ki, az hallarda gənclərin yadına düşür. Hər bir şəxs belə bir addım atmazdan öncə ictimai həyatından da vacib olan sağlamlığını bir daha nəzarətdən keçirməlidir. Çünki ailənin gələcəyi bütövlükdə dünyaya gələcək uşaqların sağlamlığından asılıdır. Bu səbəbdən mütəxəssislər ailə qurmazdan öncə, evlənmək istəyən cütlüklərin mütləq həkim müayinəsindən keçməsini məsləhət görürlər.Yeni evlənən gənclər sağlam ailə üçün klinikalarda bu paketdən istifadə edə bilərlər