4-cü Xəzər Beynəlxalq "Energetika və Alternativ enerji" sərgisi keçiriləcək

2 İyun 2014 14:56
3-6 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzər regionunda enerji sənayesi nailiyyətlərinin nümayişi üzrə yeganə ixtisaslaşdırılmış tədbir - 4-cü Xəzər Beynəlxalq "Energetika və Alternativ enerji" ("Caspian Power 2014") sərgisi keçiriləcək. "Caspian Power" sərgisi "ITE Group Plc" şirkətinin energetika üzrə aparıcı sərgilər silsiləsinə daxildir və sənaye sərgiləri arasında özünü brend kimi sübut etmişdir. Son vaxtlar sərgi yeni avadanlıqların nümayişi və energetika mütəxəssislərinin konstruktiv dialoqu üçün münasib meydança kimi get-gedə daha da populyarlaşır. Bu cür diqqətin formalaşmasında "Caspian Power" sərgisinin Xəzəryanı regionda neft-qaz sahəsi üzrə ən böyük tədbir - Beynəlxalq "Xəzər Neft və Qaz" ("Caspian Oil & Gas") sərgi və konfransı ilə bir meydançada keçirilməsi də az rol oynamır.

Azərbaycan Respublikası Energetika Nazirliyi, eləcə də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən sərgiyə rəsmi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və onun tərəfdaşı "ITE Group Plc" (Böyük Britaniya) şirkətləri çıxış edirlər.
 

Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Çin, Rusiya, Türkiyə, Ukrayna və Finlandiyadan energetika sahəsində texnologiyaların təchizatı üzrə aparıcı şirkətlər var. Sərgi öz meydançasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, "AzAlternativEnerji", "AzGunTech", "Bylectrica", "EAE Elektrik", "Electronic Information Systems (EIS)", "GALAD", "GokNur Baku", "Kardes Elektrik", Koznov adına Minsk Elektrotexniki Zavodu, "Nobel Electric", "Radiy", "Bresler tədqiqat mərkəzi, "Schneider Electric", Sumqayıt Texnologiya Parkı, "Togliatti Transformator" və "Wartsila Azerbaijan" kimi şirkətləri də bir araya gətirəcək.
 

"Caspian Power 2014" sərgisində işıq diodları, günəş batareyaları panelləri, işıq diodlu indikatorlar, işıqlandırıcı cihazlar, müxtəlif kabel-naqil məhsulları, avtonom naqillər, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir lampalar, elektrik enerjisinin texniki və kommersiya məqsədli ölçülməsi üçün avtomatlaşdırılmış sistemlər və bir çox digər məhsullar nümayiş etdiriləcək.
 

Beləliklə, əsasən mütəxəssislər üçün nəzərdə tutulmuş "Caspian Power 2014" sərgisi elektrik enerjisi sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, elektrik enerjisinin inkişafı üzrə yeni texnoloji layihə və strategiyalar barədə məlumat almaq üçün unikal imkan təqdim edir. Təşkilatçılar ümid edirlər ki, "Caspian Power 2014" sərgisində təqdim olunan texnika və texnologiyalar ölkədə həyata keçirilən yeni enerji layihələrində öz tətbiqini tapacaq və Azərbaycanın enerji kompleksinin müasirləşdirilməsinə kömək edəcəkdir.
 

"Iteca Caspian" şirkəti tərəfindən 2014-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. Sərgilərin rəsmi otellər qismində "JW Marriott Absheron Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları, rəsmi turoperatoru qismində "Greenwich Travel Club" şirkəti, rəsmi montajçısı qismində isə "AzExpoMontage" şirkəti çıxış edirlər.