Milli.Az 4charx.com-a istinadən bildirir ki, 2000 Scorpione 1969-cu ildə Pininfarina mütəxəssisləri layihələndirib və ərsəyə gətiriblər. Avtomobil Abarth 2000 Sport Spider SE bazasında yığılıb və 220 a.g. hasil edə bilən 2,0 litrlik DOHC benzin mühərriki ilə təchiz edilib. Hava müqavimətinin son dərəcə az olması və yüngül çəkisi hesabına İtaliya kupesi saatda 275 kilometrədək sürətlənə bilir.
Hazırda avtomobil Yaponiyadan olan Abarth kolleksioneri Şiro Kosakeyə məxsusdur.
Milli.Az