"Spartak"ın yeni baş məşqçisi onu seçdilər

2 İyun 2014 13:28
Türk əsilli isveçrəli mütəxəssis Murat Yakın Rusiyanın "Spartak" (Moskva) klubu ilə razılaşıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Murat Yakın klub ilə 2+1 illik müqavilə imzalayıb. Mütəxəssis son iki il çalışdırdığı İsveçrənin "Bazel" klubu ilə ardıcıl olaraq iki dəfə İsveçrə liqa çempionluğunu əldə edib.

UEFA Avropa Liqasında isə komandasını yarımfinala qədər çıxaran Murat Yakın məşqçilik fəaliyyəti dövründə ilk dəfə olaraq İsveçrədən kənarda bir klubu çalışdıracaq.

"Bazel" klubu isə Murat Yakının postunu tərk etməsindən sonra onun yerinə portuqaliyalı məşqçi Paulo Sousanı gətirib.

Milli.Az