SsangYong hibrid krossover təqdim etdi - FOTO

13 Aprel 2015 20:38
Bu günlərdə Seulda keçirilən avtosalonda SsangYong firması XAV adlı konseptual yığcam krossover təqdim edib. Koreya şirkəti zamanla ayaqlaşmağı qərara alıb və hibrid atomobillər düzəldə biləcəyini nümayiş etdirib. Eyni zamanda SsangYong XAV konsept krossoveri gələcək avtomobillərin necə görünəcəyini nümayiş etdirir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, əgər dizaynına görə maşın elə böyük heyranlıq doğurmasa da texniki cəhətdən SsangYong mühəndisləri bir addım irəli ata biliblər. Kapotun altında yerləşən 1,6 litrlik benzin mühərrikinin hasil etdiyi fırlanma anı arxa təkərlərə ötürülür, qabaq oxun dönməsi üçün isə elektrik mühərriki cavabdehdir. Onu enerji ilə təmin edən litium-ion akumulyator bloku avtomobilin döşəməsi altında yerləşdirilib.

Prinsipcə SsangYong qeyri-adi heç nə icad etməyib, lakin şirkətin müstəqil olaraq ilk hibridomobil işləyib hazırlaması və tezliklə istehasalına başlamaq niyyəti təqdirəlayiqdir.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.