Beşbarmaq ziyarətgahında biabırçılıq: İnsanlar kuklaya sitayiş edirlər?! - VİDEO

1 İyun 2014 18:26
Xızıda yerləşən Beşbarmaq ziyarətgahında maraqlı hadisə baş verib.

Milli.Az azxeber.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan videoda görünür ki, insanlar naməlum obyektə tərəf gedir və oraya nəzir qoyurlar. Bu anda isə ziyarətə gələnlərdən biri deyir ki, həmin yerə qoyulan "kukla"dır, ona sitayiş etməyin mənası yoxdur.

Pul yığan şəxslər isə bu sözləri qulaq ardına vururlar.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az