Apple inqilabını göstərdi: iPhone və iPad-lar yeniləndi - FOTO

3 İyun 2014 00:04
ABŞ-ın Apple korporasiyası San-Fransisko şəhərində keçirdiyi "The Worldwide Developer Conference"də (WWDC 2014) iPhone və iPad-larla yanaşı, fərdi kompüterlər və makbuklar üçün yeni əməliyyat sistemlərini nümayiş etdirib.

Milli.Az CNN-ə istinadən bildirir ki, iMac fərdi kompüterləri və makbuklar üçün hazırlanmış yeni əməliyyat sistemi Mac OS Yosemite adlanır.

Yeni versiyada sistemin qrafik interfeysi dəyişdirilib və iOS 7-yə bənzədilib. Dəyişikliklər bütün məqamlara, o cümlədən Dock menyusuna şamil olunub.
 

Dock menyusu indi iPhone-un "Home" ekranındakı analoji menyunu xatırladır və yarımşəffaf düzbucaqlıdan ibarətdir.

Mac OS Yosemite-də xəbərdarlıqlar mərkəzində proqramlardan ibarət standart xəbərldarlıqlarla yanaşı hava, zəngli saat, kalkulyator, saat və s. vicetlər var.
 

Axtarış funksiyası kontekstli olub.
 

iCloud Drive əlavəsi iCloud bulud servisində istənilən faylları saxlamağa imkan verir. Fayllar Apple-in bütün qurğularında sinxronlaşdırılır. Bulud servisi Mail əlavəsi ilə inteqrasiya olunduğundan böyük həcmli fayllları poçtla yollamağa imkan verir.
 

Apple korporasiyasının proqram təminatı hazırlığı üzrə vitse-prezidenti Kreyq Federiqinin dediyinə görə, iCloud-da 5 qeqabayt yer pulsuz olacaq. 20 qeqabayt üçün ayda 0,99 dollar, 200 qeqabayt üçün 3,99 dollar ödəmək gərəkdir. iCloud bulud servisində maksimal həcm 1 terabaytdır.

iCloud Drive vasitəsilə poçtla göndəriləccək faylın maksimal həcmi 5 qeqabayt ola bilər.
 

Yosemite əməliyyat sistemində SMS və telefon zəngləri dəstəklənəcək.

iPhone vasitəsilə iMac kompüterləri və makbuklara zəng etmək olacaq.
 

Yosemite əməliyyat sistemi payızda tam istifadəyə veriləcək və onu pulsuz yükləmək mümkün olacaq.
 

Bununla yanaşı, Apple korporasiymsı iPhone smartfonları və iPad planşet kompüterləri üçüne yeni iOS 8 əməliyyat sistemini təqdim edib.

WWDC-də çıxış edərkən Apple-in rəhbəri Tim Kuk bildirib ki, iOS 8-da xəbərdarlıqlar yaxşılaşdırılıb.
 

Mail poçtu yenilənib və məktublar azının jestlərlə idarə etmək mümkündür.

QuickType texnologiyası virtual klaviaturada mətnin yığılmasını dəfləərlə sürətləndirir.
 

iOS 8 istifadəçiləri indi iMessage vasitəsilə səs yazılarını və videoları yollaya biləcəklər. iOS 8 əməliyyat sistemində Health adlı fitnes əlavəsi də var.
 

Daha bir funksiya ailənin 6 üzvünü bir bank kartına "birləşdirməyə" imkan verir. Belə ki, ailədə uşaqn iTunes Store-da nə isə almaq istəyirsə, onun valideynlərinin iPhone və ya iPad-ında uşağın sorğusu peyda olacaq.
 

App Store də yenilənib. Naviqasiya yaxşılaşıb, prevyuda tək skrinşotlar yox, videolara baxmaq imkanı yaranıb.

TestFlight funksiyası istifadəçilərpə proqramları pulsuz sınaqdan keçirməyə imkan verir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin