Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni model Ford şirkətinin Almaniyadakı zavodunda istehsal ediləcək. Onun ABŞ və Kanadada debütü 2016-cı ilin yazında nəzərdə tutulub. "Qaynar" heçbekin kapotu altında 2,3 litrlik dörd silindrli EcoBoost turbo benzin mühərriki yer alıb. Onun maksimal gücü dəqiq məlum olmasa da bu göstəricinin 315 at gücündən çox olacağı məlumdur. Maksimal gücün nə qədər olacağını dəqiq bilmədən onun Audi RS3 və Mercedes A45 AMG modellərinə rəqib olub-olmayacağını demək çətindir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.