Subaru BRZ-i bəzədilər - FOTO

31 May 2014 16:28
Subaru BRZ azərkeşləri idman kupesinin turbo versiyasını görməyi çox arzulayırlar, lakin hələlik yapon şirkəti xüsusi Series.Blue versiyası təklif etməyə hazırdır. O elə həmin aqreqata sahibdir, lakin yeni aerodinamik paketin hesabına müqavimət əmsalı 0,28 -dən 0,27 -yə enib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, xüsusi versiya BRZ Limited bazasındadır, amma bununla birlikdə bir neçə yeni spoyler, qırmızı əyləc tutqacları, həmçinin 17 düymlük qara təkərlər əldə edib. Kupe göy və ağ rəngli kuzovlarda buraxılacaq və partiya hər rəngdən 500 avtomobil olmaqla ümumilikdə 1000 avtomobillə məhdudlaşacaq.

Subaru BRZ Series.Blue istisnasız olaraq 6 pilləli mexaniki ötürücü qutu ilə buraxılacaq. Salonda isə alıcılar dəri və alkantaradan yeni tərtibatı qiymətləndirə biləcəklər. Yapon mühəndisləri asqını yenidən işləmiş, yeni qaz xaricetmə sistemi quraşdırıblar.

ABŞ-da 2015-ci model ilinin BRZ Premium baza versiyası 26 490 dollaradır. Serie.Blue qiymətləri isə 30 285 dollardan başlayacaq. Avtomobillər sahiblərinə yayda çatdırılacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.