Qarmon ifaçısı Gülbahar: "Ərimdən çox qazanıram"

1 Noyabr 2014 19:27
Əməkdar artist ,qarmon ifaçısı Gülbahar Şükürlü həxsi həyatından danışıb.

Milli.Az gecce.az-a istinadən bildirir ki, o, deyib: "Elə kişilər var, ailə qurduqdan sonra qadınlarını işləməyə qoymur. Mən aprel ayında nişanlanmışam. Bilirsiniz ki, may ayında Azərbaycanda toy olmur.

Nişanlı olanda nişanlım məni işləməyə qoymurdu.

Mən də onunla razı olmuşdum. Lakin iyun ayından artıq toylara görə hədsiz zənglər gəldiyindən o, toylara getməyimə icazə verdi. Hal-hazırda heç bir problem yoxdur.

O da qazanır,məndə. Etiraf edim ki, evdə kişidən çox qazanıram".
 

Milli.Az