Bu türk serialı da yarımçıq bitir

1 Noyabr 2014 13:33

Türkiyənin Kanal D telekanalında nümayiş oluqnan "Benim Adım Gültepe" teleserialı çox aşağı səviyyəli reytinqinə görə dayandırılmışdı.
 

Milli.Az bildirir ki, telekanal rəhbərliyi baş rollarda Ayça Bingöl, Mete Horozloğlu İlker Kızmazın oynadıqları serialı mövsümün əvvəlində ən iddialı layihələrindən biri kimi reklam edirdi.

Lakin teleserialın 5 seriyasından sonra reytinq nəticələri pis olduğundan "Benim Adım Gültepe"nin nümayişi dayandırılmışdı.
 

İndisə Kanal D qərarını dəyişib. Noyabrın 3-də "Benim Adım Gültepe"nin son, final seriyası göstəriləcək.
 

Milli.Az