Türkiyədə daha bir mədən faciəsi

1 Noyabr 2014 11:52
Türkiyənin Bartin vilayətindəki Amasra rayonunda özəl daş kömür mədənində şaxtalardan biri çöküb.

Milli.Az DHA-ya istinadən bildirir ki, şaxtada 3 çinli mədənçi qalıb. Onlardan biri yaralı vəziyyətdə xilas olunsa da, 2 çinli mədənçi, hələ də, çökmüş şaxtadadır.
 

Amasra rayonundakı Tarlaağzı kəndinin yaxınlığındakı mədəndən sağ çıxarılan çinli mədənçi 40 yaşlı Şoupin Sundur.
 

38 yaşlı Maoşun Yan və 37 yaşlı Çjuçje Sun isə hələ də çökmüş şaxtadadırlar.
 

Milli.Az