Pul yatırmaq üçün ən pis ölkə seçildi

1 Noyabr 2014 12:23

Dünya Bankı Əfqanıstanı Asiyada investisiyalar üçün ən əlverişsiz, ən pis ölkə seçib.
 

Milli.Az Tolo News-a istinadən bildirir ki, Əfqanıstanda iqtisadi situasiyanın normallaşmasına təhlükəsizliyin təmin olunmaması, korrpupsiya, ölkənin islahatlara hazırsızlığı və beynəlxalq yardımların azalması mane olur.
 

Əfqanıstana İnvestisiyaların Dəstəklənməsi Agentliyi (AİSA) hesabatla tanış olduğunu və seçimə etiraz etmədiyini vurğulayıb.

Ötən il Dünya Bankı 183 ölkənin investisiya potensialını dəyərləndirib və Əfqanıstan bu sıralamada 182-ci yeri tutub.
 

İndisə Əfqanıstan 189 ölkə arasında 183-cü yerdədir.
 

İnvestisiyalar üçün ən əlverişli ölkə Sinqapurdur.
 

Milli.Az