Rumıniya Prezidenti moldavan olacaq

1 Noyabr 2014 11:43

Rumıniya Prezidenti Trayan Besesku dövlət başçısı postunda səlahiyyət müddəti başa çatandan sonra Moldova vətəndaşlığını qəbul edəcək.

Bu barədə o, Moldovanın "Moldova 1" telekanalına müsahibəsində deyib.
 

Milli.Az European-a istinadən bildirir ki, T.Beseskunun prezident postunda səlahiyyət müddəti 2 ay sonra başa çatır.
 

"Kişinyova vida səfərinə yollanacağam və Moldova vətəndaşlığını almaq üçün ərizə verəcəyəm. Bu məsələni Moldova Prezidenti Nikolay Timofti ilə müzakirə etmişik. Onun fikrincə, qərarım iki ölkənin birləşməsinə kömək edəcək. Amma birləşmə üçün zəruri şərtlər hələ yaradılmayıb", - T.Besesku söyləyib.
 

Trayan Besesku 2004-cü ildən Rumıniya prezidentidir. Ölkə parlamenti 2007 və 2012-ci illərdə ona impiçment elan etsə də, Besesku postunu qoruya bilib.
 

Bu ilin yanvarında o, Moldovanı rumın torpağı elan edib və ölkələri birləşməyə çağırıb. Bəyanat Kişinyovda narazılıqla qarşılanıb.
 

Milli.Az